Informasiya təhlükəsizliyi
üzrə sertifikatlaşdırma.
İnformasiya
təhlükəsizliyi bu gün İT-nin ən aktual məsələlərdən biridir.Şirkət rəhbərləri
gec-tez anlayacaqlar ki, əsas məsələ digər şirkətlətlərin mövcudluğu deyil.Beləki,
yüksək məhsuldarlıq və peşəkar mütəxəssiz heyyəti olmadan bunlar bir o qədər də
əhəmiyyət daşımır.İşçi seçimində səhv etməmək üçün hər şeydən əvvəl bilmək
lazımdır ki, o, informasiya təhlükəsizliyi üzrə sertifikasiya
malikdirmi.Beləki, bu sertifikasiya seçiləcək işçinin real gücünü ifadə edir.Qeyd
etmək lazımdır ki,praktiki təcrübə işçi üçün bəzən formal tələbdir.Lakin
sertifikasiya imtahanın verilməsi artıq işçinin bacarıqlarını açıq şəkildə ifadə
edir.
Bununla
yanaşı nəzərə almaq lazımdır ki, informasiya təhlükəsizliyi sahəsində mütəxəssizlərin
sertifikatlaşdırılması hər bir şirkətin maliyyə imkanlarından da asılıdır.
Informasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırmanı 2 tipə bölmək
olar: вендорские və вендоронезависимые.
Вендорские sertifikatlaşdırma ilkin marketinq proqramları
komponentləri kimi yaranıb,və hələ də malik olduğu yeri saxlayır.
Cisco, ISS, Symantec, CheckPoint və başqaları kimi təhlükəsizlik sistemləri və
texnologiyalarının özlərini fərdi sertifikasiyaları var.Həmçinin İT seferasında
ən böyük şirkətlər sayılan Microsoft,
Sun, Computer Associates, 3СОМ, Nortel
Networks da öz sertifikasiya proqramlarını təklif edir. Lakin onların
sertifikatları informasiya təhlükəsizliyi sahəsinin mütəxəssizləri üçün deyil, əsasən
komputer mühəndisləri və adminstratorlar üçün nəzərdə tutulub.
Bu gün bu cür sertifikatlaşdırma informasiya təhlükəsizliyi üzrə mütəxəssis
üçün bir o qədər də kifayətli olmasa da Вендорские setifikatları mütəxəssizlərin fərdi
bacarıqlarını və texniki funksiyalarını əks etdirir.
İndi isə bəzi serifikatlar təqdim edən təşkilatlar
haqqında danışaq. Təbii ki, bu təşkilatlar da nəzərdə tutulan sertifikatları müəyyən
olunmuş imtahanlar əsasında təqdim edir. Nəzərə almaq lazımdır ki, belə böyük təşkilatlarda
keçirilən imtahanlar əsasən ödənişli olur.
OFFENSİVE
SECURİTY-bu təşkilat İnformasiya təhlükəsizliyi sahəsində
sertifikatlaşdırma həyata keçirən ilk təşkilatdır. Bu təşkilatın şüarı belədir:
“Qiyməti olan heç bir şey rahat əldə edilə bilməz.”
OFFENSİVE
SECURİTY təşkilatı tərəfindən keçirilən aşağıdakı sertifikatlaşdırma
imtahanları ilə tanış olaq.
-Offensive Security Certified
Professional.OSCP. Bu imtahan mütəxəssizin testə nüfuz etmə bacarığını
yoxlayır.Və onların testlərə aydın yanaşmasını araşdırır.
- Offensive Security Wireless
Professional.OSWP. WIFI sahəsində mütəxəssizin bacarığını yoxlayır.
- Offensive Security Certified
Expert.OSCE. Yoxlama texnikasında mütəxəssizin bacarığını göstərir.
- Offensive Security Exploitation
Expert.OSEE. Mütəxəssizin Windows Əməliyyat sistemində kəşf və inkişaf
bacarıqlarını göstərir.
- Offensive Security Web
Expert.OSWE. Web fəzasında
baş verən hücumların qarşısını almaq məharətini göstərir.
CİSCO
CERTİFİED İNTERNETWORKING EXPERT(CCIE)- Bu sertifikat əsasən şəbəkə təhlükəsizliyi ASA, İDS, İOS
təhlükəsizliyi üzərində cəmlənib.
CERTİFİED
COMPUTİNG PROFESSİONAL(CCP)- Sertifikatı İCCP-dan olan baş pilləli
sertifikatdır.İnformasiya texnologiyalarını idarə etməsi, biznes və system
analizi sahəsində işləyən mütəxəssizlər üçündür.
Certified
Information Systems Auditor(CISA Certification)- Bu sertifikat İSACA təşkilatı
tərəfindən təklif olunaraq, İnformation System Auditior tərəfindən dəstəklənir.Bu
sertifikat audit sahəsində mütəxəssizin bacarığının ölçüsüdür.
Information
security management system(İSMS)- İnformasiya
təhlükəsizliyi və idarə etməsi ilə bağlı olan sistemdir. Bura beynəlxalq İSMS tərəfindən
təyin olunmuş sertifikatlar daxildir. Beləki, bu sertifikatlar İSO/İEC
27001:2005 yolu ilə təyin olunmuş sertifikatlaşdırma prosesini keçən təşkilatlara
verilir. Bu registr İSO/İEC 27001:2005 və digər sertifikatlarını həyata keçirən
beynəlxalq Certification Bodios şəbəkəsini məhsuludur. Registrdə olan qeydlər onun
klientləri tərəfindən təmin olunur. Bu registr requlyar olaraq yenilənir.
Комментариев нет:
Отправить комментарий